Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda BƏDBƏXT HADİSƏ - Binadan yıxılan 17 yaşlı oğlan xəstəxanada öldü /VİDEO

RegionTV.info
Bakıda bədbəxt hadisə yaşanıb. 9-cu mərtəbədən yıxılan 17 yaşlı yeniyetmə dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Patyaxtin Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində 17 yaşlı yeniyetmə yaşadığı mənzilin eyvanından düşüb.
2004-cü il təvəllüdlü Ağaverdi Ağaverdiyev 9-cu mərtəbədən yıxılıb.Hadisənin ehtiyatsızlıq üzdən baş verdiyi və ya intihar olduğu hələ bilinmir.

Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Ağaverdi Ağaverdiyev yaxınlıqdakıların köməyi ilə düşdüyü yerdən götürülüb.17 yaşlı yeniyetmə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.O bu gün səhər saatlarında dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Ağaverdi Ağaverdiyev evlərinə yaxın ərazidə yerləşən avtoyuma məntəqəsində işləyib. Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də