Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat: “Zəngəzur dəhlizinin açılmasında Rusiya da regionun digər ölkələri kimi maraqlıdır”

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri vacib məqamlarla yadda qaldı. İki ölkə başçısının səmimi münasibəti Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində ən vacib məqamlardan biridir".
 
RegionTV.info  xəbər verir ki,  Bunu açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Prezident İlham Əliyevin iyulun 20-də Rusiyaya işgüzar səfəri barədə danışarkən deyib.
 
Deputat bildirib ki, Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq mövcuddur: "İki ölkə arasında  imzalanan bir çox sənədlər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi istiqamətində vacib hesab edilir. Azərbaycan Rusiya ilə mehriban qonşuluq və dostluq şəraitində yaşayan ölkədir. Prezident İlham Əliyevin Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri vacib məqamlarla yadda qaldı. İki ölkənin dövlət başçılarının bir-biri ilə səmimi münasibəti Azərbaycan-Rusiya əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində ən vacib məqamlardan biridir. Ötən görüşdə də Prezident İlham Əliyevlə Rusiya Prezidentinin səmimi söhbətləri bunu bir daha təsdiq etdi. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə bir çox vacib məqamlar üst-üstə düşür və bu, regional təhlükəsizlik və əməkdaşlıq üçün vacibdir. Pandemiya dövründə münasibətlərin, xüsusən iqtisadi, siyasi, humanitar əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkə rəhbərinin siyasi iradəsindən irəli gəlir. Digər tərəfdən, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli 10 Noyabr 2020-ci il tarixli bəyanatın bütün müddəalarının icrasında bir daha əmin olduq ki, Rusiya da bu bəyanatın tezliklə tam şəkildə icrasına maraq göstərir. Buna misal olaraq, bölgədə uzunmüddətli sülhün, əmin-amanlığın, əməkdaşlığın və iki ölkə arasında bir çox sahələrin inkişaf etdirilməsi istiqamətində vacib addımların atılmasını, xüsusən Zəngəzur dəhlizinin açılması kimi bir çox vacib məsələləri göstərə bilərik. Zəngəzur dəhlizinin açılmasında Rusiya da digər bölgə ölkələri kimi maraqlıdır, çünki bu dəhliz təkcə regionun inkişafına, tərəqqisinə xidmət etməyəcək, eyni zamanda böyük coğrafi məkanın - Avrasiyanın inkişafına, yük daşımalarının rahat şəkildə həyata keçirilməsinə dəstək olacaq. Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirəcək bu nəqliyyat dəhlizi çox vacib məqamdır. Bu gün Ermənistan isə  10 Noyabr üçtərəfli bəyanatın müddəalarının icra edilməsinin gecikdirilməsində maraqlıdır və bunun üçün süni əngəllər törədir. Xüsusən də, Zəngəzur dəhlizi layihəsinin reallaşmasına... Eyni zamanda, müəyyən dairələr 10 noyabr üçtərəfli bəyanatın icrasını ləngintmək, süni maneələr törətmək üçün məhz Ermənistana  dəstək verirlər. Həm Ermənistan, həm də onlara kömək edən həmin dairələr bilməlidirlər ki, 10 noyabr tarixli bəyanatın bütün bəndləri birmənalı olaraq tezliklə həyata keçiriləcək. Mane olan qüvvələr bəyanatın icrasının qarşısını almaq üçün heç bir nəticəyə nail ola bilməyəcəklər. Üçtərəfli bəyanat mütləq icra olunacaq, bu, Azərbaycan və Rusiyanın birgə əməkdaşlığı və xüsusən də iki dövlətinin liderinin şəxsi münasibətləri nəticəsində reallaşacaq".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də