İranın Qum şəhərində minik maşını ilə motosikletin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
RegionTV.info xəbər verir ki, məlumatı “IRIB” telekanalı yayıb.
Məlumata görə, Qum şəhərinin Əl-Qədir xiyabanında “Pejo” markalı minik avtomobili motosikletlə toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bildirilib ki, motosikletdə bir ailənin üzvləri olub. Ata, ana və iki övlad, avtomobilin sürücüsü hadisə yerində ölüb, 3-cü uşaq isə yaralı halda hospitala yerləşdirilib.
Qeyd edək ki, motosiklet İranda ən çox istifadə olunan nəqliyyat vasitəsdir. Çoxsaylı ailə üzvlərinin motosikletə mindirilməsi isə adi hallardan sayılır.
Xəbəri paylaş