Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qubada oğul atasını avtomobillə vuraraq öldürüb

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

RegionTV.info-nun  məlumatına görə, bədbəxt hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford" markalı yük avtomobilini geri sürərkən avtomobilin arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də