Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mövlud Çavuşoğlu Elnur Məcidliyə yazdı: "Ramiz Mehdiyev..."

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanlı ictimai fəal, 11 illik mühacirətdən sonra ölkəyə dönən Elnur Məcidlini təbrik edib.
 

RegionTV.info  xəbər verir ki, bu barədə E.Məcidli bildirib.
 
“Problemin həll olunmasına sevindim”-deyə Çavuşoğlu ona yazıb.
 
E.Məcidli qeyd edib ki, Türkiyənin hazırkı xarici işlər naziri  tanışlıqları 2008-2009-cü illərə qədər uzanır.
 
“Hələ, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü olarkən onunla tanış olmuşduq.
 
Mövlud bəy qatı Fənərbaxça tərəfdarı idi, sessiya ərəfəsində Fənərin matçlarını axşamüstü adətən Strasburqun mərkəzində yerləşən Antalya adlı türk restoranında izləyir və əsl tərəfdar kimi öz emosiyalarını biruzə verirdi.
 
Xarakter olaraq, mən onu açıqsözlü, mərd və babacan insan kimi tanımışam.
 
Kifayət qədər ünsiyyətcil və zarafatcıl olmaqla yanaşı, bir çox insani keyfiyyəti özündə barındıran türk dövlət xadimidir.
 
Daha sonra AŞPA-nın prezidenti seçildi, yaxşı xatırlayıram ki, o zaman bizim bir neçə QHT təşkilatının rəhbəriylə onun görüşünü təşkil etmişdim.
 
Mövlud bey uğurlu diplomatik karyerasına yüksələrək davam etdi və Türkiyənin xarici işlər naziri oldu, bu gün biz onun ləyaqətlə, cəsarətlə və böyük bir qürurla Türkiyə Cümhuriyyətini təmsil etdiyini görür və sevinirik.
 
O dövrdə haqqımda açılan işdən xəbərdar idi. İllər əvvəl AŞPA prezidenti kimi Azərbaycana səfərində məsələmi gündəminə salmışdı, lakin rusyönümlü Ramiz Mehdiyevin başına çəkdiyi qruplaşma, bu məsələnin o dönəm həllinin qarşısını ala bilmişdi.
 
Bu gün Bakı aeroportunda gözləyərkən, Mövlud bəyi xatırladım və ona da təşəkkür etmək istədim.
 
Bu qədər işin arasında mənə cavab yazması, həqiqətən sevindirici oldu”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də