Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mingəçevir sakinindən odlu silah götürülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

RegionTV.info  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Xətai Rüstəmovun qanunsuz olaraq odlu silah gizlətməsi barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs özünə məxsus “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən saxlanılıb.Onun idarə etdiyi avtomobilə baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də