İtaliyanın cənubunda yerləşən Apuliya vilayətində çimərliklərdən birində baş verən atışma nəticəsində 9 gənc yaralanıb.
RegionTV.info xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, hadisə İtaliyanın Taranto şəhərində çimərlikdə gənclərdən ibarət iki qrup arasında baş verib. Atışma zamanı hadisə yerində 300-dək adam olub. Hadisənin səbəbi hələ ki məlum deyil.
Yaralananlar 18-28 yaş arasındadır. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Polis araşdırma aparır.
Xəbəri paylaş