Samur-Abşeron su kanalında 23 yaşlı gənc boğulub.
RegionTV.info bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kanalının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş