Rusiya polisi korrupsiya əməliyyatı çərçivəsində irimiqyaslı axtarışlar keçirib.
RegionTV.info xəbər verir ki, axtarış zamanı Stavropol Yol idarəsinin rəisi Aleksey Safanov və 35 polis işçisi saxlanılıb. Aleksey Safanovun evində aparılan axtarışlar zamanı bahalı avtomobillər, qızıl külçələr aşkarlanıb.
Villanın ayaqyoluna baxış zamanı polislər gördüklərinə inanmayıb. Unitazın qızıldan olması hamını təəccübləndirib.
Xəbəri paylaş