Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Naxçıvana hücum: O kənd uğrunda mübarizə gedir... - NƏ BAŞ VERİR?

“Ermənistan ordusu Naxçıvan, xüsusilə Sədərək istiqamətində atəşkəsi pozur. Buna səbəb Sədərək rayonunun Ermənistan işğalında qalan Kərki kəndinin qaytarılması məsələsinin gündəmdə olmasıdır”.

RegionTV.info   xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, Anklavların qaytarılmasının 10 noyabr bəyanatına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin daxili auditoriya qarşısında duruş gətirə bilməyəcəyi üçün çıxarıldığı və sonraya saxlanıldığı haqda məlumatlar var idi:

“Kərki və Qazaxın 7 kəndinin yeni sərhəd müqaviləsinə daxil ediləcəyi gözləniləndir. Nikol Paşinyandan sonra İlham Əliyevin Moskvaya səfərinin əsas gündəm mövzularından biri də sərhədlərin delimitasiyası idi. Bunun fonunda Ermənistanın Sədərək istiqamətində hücum cəhdləri təsadüfi deyil.

İlk növbədə Azərbaycanı cavab hücumuna təhrik etmək və KTMT-ni, eləcə də Rusiyanı öhdəlikləri qarşısında çıxılmaz vəziyyətə salmaq məqsədi daşıyır. 

Həmçinin, həmin bölgədə Kərki kəndinə, yaxud kəndə çıxan yola nəzarətə imkan verən yüksəkliklər uğrunda mübarizə getdiyi də istisna deyil".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də