Salyan rayonunda pandemiya qaydalarını pozan şəxslər saxlanılıb.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Xəbəri paylaş