Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Təzəpir" məscidində bayram namazı qılınıb -VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb.

RegionTV.info-nun   xəbərinə görə, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də