Qadın kibritlə oynayan azyaşlı qızının barmaqlarını kəsib.
RegionTV.info-nun məlumatına görə, dəhşətli hadisə Ulan-Udedə (Buryatiya) baş verib.
Bildirilir ki, ailə tibb işçilərinə uşağın küçədə yaralandığını bildirib. Lakin sonradan qız palata yoldaşına dəcəlliyə görə barmağının anası tərəfindən kəsildiyini deyib.
“Qızın anası deyib ki, bıçağı gətirin, indi onun barmağını kəsəcəyəm. Birinci dəfədən alınmayıb, ikinci dəfədən alınmayıb, üçüncüdə isə bıçaq iki barmağına dəyib. Qıza da möhkəm-möhkəm tapşırıb ki, kim soruşsa, barmağının anası tərəfindən kəsildiyini deməsin”, - deyə pasientlərdən biri qızdan eşitdiklərini danışıb.
Xəbəri paylaş