Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polislər İsmayıllıda şəhid ailələrini ziyarət edib

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.

RegionTV.info  xəbər verir ki, şəhid ailələri ilə keçirilən görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri bir daha vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı diqqətə çatdırılıb.

Onlar Qurban bayramı ilə əlaqədar gətirdikləri bayram sovqatlarını şəhid ailələrinə təqdim ediblər.

Şəhidlərin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də