Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Salyanda yolu keçən gənci avtomobil vurub

Salyan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun  məlumatına görə, hadisə şəhərin X.R Ulutürk prospektində qeydə alınıb.

Salyan şəhər sakini, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Vasif qızı yolu keçən zaman avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də