Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şabranda iki qardaş motosikletlə qəzaya düşüb

Şabran rayonunda iki qardaş motosikletlə qəzaya düşüb, hər ikisi xəsarət alıb.

RegionTV.info-nun  məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Pərviz və Mahir Daşdəmir oğlu Məmmədovlar motosikletlə körpüdən aşaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mahir Məmmədovun xəsarətləri yüngül olduğundan ambulator müalicəyə buraxılıb, Pərviz Məmmədovun vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də