II Dünya müharibəsi dövründə ABŞ tərəfindən Slovakiyanın paytaxtı Bratislava şəhərinə atılan partlamamış aviabomba aşkarlanıb.
RegionTV.info xəbər verir ki, bu barədə yerli “Pravda” nəşri məlumat yayıb.
Yaxınlıqdakı evlərdə və inzibati binalarda olan insanlar təxliyə edilib, nəqliyyatın hərəkəti dayandırılıb. İstehkamçılar bombanı Bratislavanın kənarındakı xüsusi poliqonda məhv etmək niyyətindədirlər.
Qeyd olunub ki, aviabomba 1944-cü ilin iyun ayında Bratislavadakı neft emalı zavodlarını məhv etmək üçün atılıb.
Xəbəri paylaş