RegionTV.info
Milli Məclisin deputatı Aqil Məmmədov Kəlbəcər rayonundan olan bir sıra şəhid ailələri və seçicilərlə görüşüb.
Qəbulda əsasən, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Kəlbəcər rayonunda həyata keçirilən infrastruktur layihələrindən, əhalinin mümkün qədər qısa zamanda həmin ərazilərə qayıdışının təmin edilməsindən danışılıb.
Millət vəkili A.Məmmədov məlumat verərək bildirib ki, artıq Kəlbəcər rayonunun elektrik enerjisi ilə təminatına başlanılıb: “Artıq Kəlbəcər rayonuna elektrik enerjisi verilir. Elektrik enerjisinin gücü əvvəl Kəlbəcər rayonunda olmayan səviyyədədir. Elektrik enerjisinin verilməsi rayonda yenidənqurma və gələcək məskunlaşmaya ciddi təkan verəcək”.
Qəbulda seçicilər tərəfindən qaldırılan şəxsi məsələlərə də diqqət göstərilib. Onlar qeydə alınaraq müvafiq ünvanlara müraciətlər göndəriləcəyi bildirilib.