Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Bakıda "Life Centre"nin yerləşdiyi binada yanğın - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

RegionTV.info
Hadisə yerinə cəlb olunan BAKU.TV-nin əməkdaşı bildirib ki, yanğın söndürülüb.

Alovun yayılmasının qarşısı alınıb.

Yaşayış binasından sakinlər təxliyyə edilib. Hadisə zamanı halı pisləşənlər olub. Hadisə zamanı polis və FHN əməkdaşlarından halı pisləşənlər olub. Onlara ilkin yardım göstərilib.

***16:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

RegionTV.info  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin binada "Life Centre" ticarət mərkəzi yerləşir.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də