Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
RegionTV.info-nun məlumatına görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri qənaətbəxşdir, həyati təhlükəsi olmadığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.
Xəbəri paylaş