Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsindən Əhməd Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.
RegionTV.info xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Məlumata görə, məhdudiyyət Əhməd Rəcəbli küçəsindəki binada baş verən yanğınla bağlıdır.
Xəbəri paylaş