Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kürdəmirdə şadlıq evlərinin sahibləri cərimələnib

Kürdəmir rayonunda “Miraj” və “Nicat” şadlıq evlərinin sahibləri cərimələnib.

RegionTV.info   xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı rayon ərazisində fəaliyyət göstərən “Miraj” və “Nicat” şadlıq evlərində karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Bu səbəbdən hər iki şadlıq evinin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 4000 manat cərimə tətbiq olunub.Bundan başqa polis əməkdaşları tərəfindən keçrilən reydlərin davamı zamanı kənd ərazilərində karantin rejimini pozan 24 toy sahibləri barəsində də inzibati xətalar məcəlləsinin müvafiq bəndinə əsasən 200-400 manat miqdarında cərimə olunublar.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də