RegionTV.info
“Azərbaycandan Şimali Kiprə yüksək səviyyəli səfərlərin davamlı olacağına ümid edirəm”.
Bunu Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-nin paytaxtı Şimali Nikosiya şəhərindəki Hala Sultan məscidində Qurban bayramı münasibətilə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Azərbaycanın Dağlıq Qarabağ probleminin həllindən sonra Şimali Kipri tanıması ilə bağlı gözləntilərlə əlaqədar suala cavabında R. T. Ərdoğan qeyd edib ki, bu mövzuda tərəddüd ediləcək nəsə yoxdur: “Bunları qardaşım İlham Əliyevlə davamlı olaraq müzakirə edirik”.
Xəbəri paylaş