Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Olimpiya Oyunlarının şüarı dəyişdirildi

Olimpiya Oyunlarının şüarı Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında dəyişdirilib.
 
RegionTV.info-nun məlumatına görə, bu, IOC prezidenti Tomas Bax tərəfindən təklif olunub.
 
Olimpiya şüarı belə səslənəcək: "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü"!
 
"Daha sürətli, daha yüksək, daha güclü" şüarı 1894-cü ildə təsdiqlənib. Tomas Bax bu dəyişikliyi əlamətdar hadisə hesab edib.
 
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də