Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Ordumuzun bu uğuru Laçın-Gorus magistral yolunu nəzarətə götürməyə imkan verir"






Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

P.S. Bu o deməkdir ki, strateji əhəmiyyətli Ərgünəş daği və Məlikcan yüksəkliyinə xilaskar ordumuz nəzarət edir. Belə olan halda da müzəffər ordumuz Füzuli şəhərinə və Horadiz qəsəbəsinə (şəhərinə yox, yeni azad olunan kəndə) doğru sürətlə irəliləyə, həmin marşrutlar üzrə kəndləri də qısa müddətdə azad edə biləcək. Qarakollu ilə kənd Horadiz arasında qalan Rəfədinli kəndləri, Aşağı Güzlək, Böyük Pirəhmədli, Mandı və Musabəyli kəndləri hələ də işğaldadır.

Bundan başqa da Xocavəndin kəndlərinin işğaldan azad edilməsi bizə Qubadlı rayonunu yüksəklikdə yerləşən Başarat, Milanlı və digər kəndlərinə doğru irəliləməyə, ordan da Qubadlının Muradxanlı, Xanlıq kəndlərini və rayon mərkəzini, ən başlıcası da Laçın - Gorus magistral yolunu nəzarətə götürməyə imkan verir. Yolun açıq və aydın olsun, Azərbaycan əsgəri!

P.P.S. Bizim kəndimizə lap az qaldı, inşallah o da tezliklə azad olunar.

Qubad İbadoğlu, ADR Hərəkatının rəhbəri, iqtisadçı alim

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də