
RegionTV.info-nun xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, atəşkəsə o zaman tam riayət olunacaq ki, Azərbaycan Qarabağa və Laçın dəhlizinə tam nəzarət edəcək, Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi geri qaytarılacaq, Zəngəzur dəhlizi işə düşəcək və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalanacaq: "Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli, həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar, onları da torpaqlarımızda rahat həyat gözləmir".