Çinin Henan vilayətinin Denfen şəhərində yerləşən alüminium ərintiləri zavodunda partlayış baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumata görə, hadisə yerli vaxtla saat 06:00 radələrində baş verib. Hadisəyə yaxınlıqdan axan çayda baş verən daşqın səbəb olub. Belə ki, yerli vaxtla 04:00 radələrində İnhe çayında suyun səviyyəsi artıb və zavodun divarını zədələyib. Nəticədə zavodun ərazisini su basıb. Zavod dərhal elektrik enerjisi ötürülməsini dayandırıb və əməkdaşların təxliyəsinə başlanılıb.
Saat 06:00 radələrində suyun yüksək temperaturlu ərinti anbarını basması nəticəsində partlayış baş verib.
Hadisədə ölən olmayıb, zərərçəkmişlər barədə məlumat verilmir.
Xəbəri paylaş