RegionTV.info
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) azyaşlı körpəsinə süd verən anaların da koronavirusa qarşı peyvənd edilməsini tövsiyə edib.
Təşkilatın İmmunlaşdıma üzrə strateji məsləhət qrupunun Cenevrədə keçirilən iclasda bu qərar gəlinib.
Bildirilib ki, anaları peyvənd olunan körpələr heç bir risk altında olmayacaq: “Bir sıra qısamüddətli tədqiqatlar göstərir ki, süd verən analar peyvənd olunduqdan sonra onların körpələri üçün heç bir risk olmayacaq”.
ÜST-ün İmmunlaşdırma Qrupu, həmçinin, bəyan edib ki, xəstəliyi olan uşaqlar cəmiyyətdə virusun yayılma səviyyəsi yüksək olduqda, peyvənd olunanların siyahısan daxil edilməlidirlər.
Xəbəri paylaş