“Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.
RegionTV.info xəbər verir ki, bunu iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Məryəm Karivişvili deyib. O bildirib ki, iki ölkə arasında sərhədlərin açılması məsələsi ilə bağlı danışıqlar aparılıb:
“Azərbaycanla danışıqlar yüksək səviyyədə aparıldı. Bilirsiniz, iki ölkə arasında çox yaxşı əlaqələr var və düşünürük ki, Azərbaycanın sərhədləri açacağı ilk ölkələrdən biri Gürcüstan olacaq”.
Xəbəri paylaş