Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident seçkilərinin qalibi elan olundu

RegionTV.info
Solçu radikal “Azad Peru” Partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni Prezidenti olacaq.
 

Müvafiq elanla ölkənin Milli Seçki Kollegiyası çıxış edib.
 
““Azad Peru” Partiyasının nümayəndələri Xose Pedro Kastilyo Terrones və Dina Ersiliya Bularte Seqarranı Prezident və vitse-prezident seçkilərinin qalibləri elan etmək”, - kollegiyanın baş katibi Lurdes Rita Varqas Uaman bəyan edib.
 
İyunun 6-da Peruda prezident seçkilərinin ikinci turu keçirilib. Nəticələrə əsasən, səslərin 50,12%-ni toplayan Kastilyo qələbə qazanıb. Onun rəqibi “Xalq gücü” Partiyasından namizəd Keyko Fuhimori isə səslərin 49,87%-ni toplayıb.
 
Daha əvvəl Perunun Milli Seçki Kollegiyası “Xalq gücü”nün beş apellyasiya şikayətini rədd edib. Bundan sonra Fuhimori məğlubiyyətini qəbul etməyə hazır olduğunu bildirib.
 
Seçilmiş prezident vəzifəsinin icrasına iyulun 28-də başlayacaq. Onun səlahiyyət müddəti beş il təşkil edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də