
RegionTV.info xəbər verir ki, bu barədə Shafaq News xəbər portalı xəbər verib.
Bildirilir ki, bomba əsasən şiələrin sıx yaşadığı Bağdadın şərq bölgəsi olan Madinat-Sadrın yaxınlığındakı bazarda partladılıb.
Qeyd olunub ki, ölənlər arasında qadınlar və uşaqlar da var.
Ölkənin baş naziri Mustafa əl-Kazımi insidentin təcili araşdırılması barədə tapşırıq verib. Bundan əlavə, baş nazirin tapşırığı ilə partlayışın baş verdiyi rayonun federal polis qüvvələrinin komandanlarından biri həbs edilib.