Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan ordusu Ağdərədəki hərbi bazanı darmadağın edib - VİDEO



"Bu mənzərə bizdə qürur hissi yaratdı. Bu görüntülər onu göstərir ki, Azərbaycan ordusu müasir silahlarla təchiz olunub. Ordumuz həm gecə, həm də gündüz döyüş apara bilir".
BAKU.WS xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.
"Bu mənzərə bir daha Azərbaycan ordusunda peşəkar həbçilərin nəticələrini görməyə imkan verdi. Heç bir atəş boşa çıxmadı, Ağdərədəki qərargah və digər yerlər, o cümlədən hərbi baza darmadağın edildi.
Ordumuzun gündəlik döyüş hazırlığı, çətin təlimləri və digər məşğələləri döyüş vaxtı öz məharətini göstərə bilməsi üçün keçirilirdi. Biz indi bunun nəticəsini görürük. Biz sevinirik, düşmən isə qorxu içindədir",-deyə Şair Ramaldanov əlavə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də