
RegionTV.info xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri Taliban hücumundan sonra Nijrab (Kapisa) və Malistan (Qəzni) inzibati mərkəzlərindən geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib.
Eyni zamanda, Əfqanıstan Müdafiə Nazirliyi Samangan vilayətinin Dere-i Suf Bala bölgəsi üzərində nəzarəti geri qaytardığını elan edib.
Ümumiyyətlə, son bir gündə ölkənin 10 əyalətində Talibanla qarşıdurmalar meydana gəlib.
Qarşıdurmalar və əməliyyatlar zamanı 233 silahlı öldürüldü, 88 nəfər yaralanıb.