
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfəri çərçivəsində Respublika Məclisində çıxışı zamanı deyib :
"Şimali Kipr üçün yeni Prezident Kompleksi və parlament binasının layihəsi artıq hazırdır. İnşallah, yaxın zamanda inşasına başlayacağıq" - o, əlavə edib.
Qeyd edək ki,Türkiyə Prezidenti Ərdoğanın Şimali Kipr ziyarəti bu gün yerli vaxtla 15:40-da başlayıb.
Xatırladaq ki,bu gün Şimali Kipr tarixi dönüm nöqtəsi olan "Kipr Sülh Hərəkatı"nın 47-ci ildönümüdür.

