Pandemiya şəraitində əhalinin sosial durumu nəzərə alınaraq 2021/2022-ci tədris ilində Odlar Yurdu Universitetinin magistratura səviyyəsinə qəbul olan tələbələrdən təhsil haqqının ilkin ödənişi tələb edilmədən onların sənədlərinin icraata götürülməsi barədə qərar qəbul edilib.
RegionTV.info xəbər verir ki, Bu barədə ali məktəbin məsul şəxsi məlumat verib.
Bu qərarla magistrların qeydiyyatı üçün nəzərdə tutulmuş rəsmi portalda (portal.edu.az) sənədlərin icraata götürülməsi üçün ödəniş qəbzi tələb edilməyəcək.
Xəbəri paylaş