
RegionTV.info xəbər verir ki, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının həyata keçiriləcəyi ət kəsimi məntəqələrində vəziyyət, pandemiya şəraitində qurbanlıq heyvanların qiyməti, onların necə kəsiləcəyi, qəssabların vaksin olunub-olunmaması və digər riayət olunması zəruri olan məsələlər araşdırılıb.
Qeyd edək ki, iyul ayının 20-21-də Azərbaycanda Qurban bayramıdır.
Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.