
RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib.
Əhalinin Kür çayının su kanalı kimi istifadə etdiyi hissəsində çimən Kamil İsmayılovun batdığı ehtimal olunur.
Hazırda əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.