Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RegionTV.info-ya verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş