Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabad rayonuda xəsarətlə nəticələnən yol qəzası baş verib.

RegionTV.info-nun  məlumatına görə, Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində "VAZ 2115" markalı minik avtomobili ilə "İveko" markalı yük avtomobili toqquşub.

Hadisə zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də