
RegionTV.info xəbər verir ki, aparıcı Vüqar Kamiloğlunun “Youtube” layihəsinə qonaq olan sənətçi, bu geyimlərə görə böyük peşmanlıq keçirdiyini etiraf edib:
“Mənə çoxsaylı tənqidi şərhlər yazırlar. O açıq-saçıq paltarlarıma görə çox peşmanam. Çünki mən sənətə gəlməzdən əvvəl də elə geyinmirdim. Sadəcə istədim ki, gündəm olsun, insanların mənə marağı artsın. Amma gözlədiyimin tam əksi oldu. Tənqidlərə məruz qaldım”.