Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacıqabul polisi əməliyyat keçirdi, silah və narkotik aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatlı saxlamaqda şübhəli bilinən rayon sakini Akif Məmmədov saxlanılıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı Sabunçu rayonu Nardaran qəsəbə sakini Həsən Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də