Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən beş şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.
Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Xəbəri paylaş