Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vilayət Eyvazovdan yüksək vəzifəyə təyinat

RegionTV.info
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Əliyev Ziya Fəxrəddin oğlu vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə o, Nizami Rayon Polis İdarəsinə rəis vəzifəsinə təyin edilib.

Hazırda Qusar RPŞ-də rəis vəzifəsini müvəqqəti olaraq, polis polkovnik-leytenantı Hidayət Babayev icra edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də