Masallıda avtomobil velosipedlə toqquşub, bir nəfər ölüb.
RegionTV.info-nun məlumatına görə, hadisə gecə saatlarında Lənkəran-Boradigah yolunun Türkoba kəndindən keçən hissəsində baş verib.
"Toyota - Prado" markalı avtomobil velosipedlə toqquşub.
Nəticədə velosiped sürən Masallı rayonunun Şatıroba kənd sakini, 1983-cü il təvəllüdlü Rəhimov Ruhid Vəliəhəd oğlu ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı velosipedçini Masallı Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu gün səhər həkimlərin səyinə baxmayaraq velosipedçi vəfat edib.
Onun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş