Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əmisi oğlunu qətlə yetirdi

Ağdam sakini əmisi oğlunu bıçaqla qətlə yetirib.

RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Mahrızlı kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Gərayev Gəray İlham oğlu əmisi oğlu, Gərayev Ülvi Qalib oğlu tərəfindən bıçaqla vurulub. Nəticədə G. Gərayev hadisə yerində ölüb. Hadisəni törədən Ü. Gərayev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də