
RegionTV.info xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Şarl Mişel deyib: “Əlbəttə, digər rəylər və narahatlıqlar var və onlar aydınlaşdırılmalıdır. Bununla biz dialoqu, qarşılıqlı anlaşmanı nəinki Ermənistanla, eləcə də aidiyyəti olan digər ölkələrlə təşviq etmək istəyirik. Beləliklə, təmasların qurulması səylərinə dəstək verə bilərik. Ümidvaram ki, mən bu məsələni, həmçinin sabah Gürcüstanın hakimiyyət orqanları ilə müzakirə edəcəyəm”.