Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Siyəzəndə 60 yaşlı kişini avtomobil vuraraq belini sındırdı

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun  məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Mikayılov Mürsəl Əmirsultan oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərisinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də