Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xaçmazda 21 yaşlı gənci avtomobil vurdu

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun   məlumatına görə, hadisə Xaçmaz rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Ağayev Valeh Adil oğlunu vurub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona döş qəfəsinin sınığı diaqnozu və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də