Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə hamamda qan su yerinə axdı: 1 nəfər öldü, 10 nəfər saxlanıldı

Türkiyənin Afyonkarahisar şəhərində cinayət hadisəsi baş verib.
RegionTV.info xəbər verir ki, eyni ailə üzvləri olan 10 şəxs çimmək üçün Bolvadin bölgəsində yerləşən hamamlardan birinə gedib.
Bir müddət sonra müştərilərlə hamam işçiləri arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyük davaya çevrilib.
Tərəflər bir-birlərinə bıçaq çəkiblər. Mübahisə zamanı hamam sahibi Hilmi Coşkun bel nahiyəsinən 3 dəfə bıçaqlanıb.
Xəstəxanaya aparılan Hilminin həyatını xilas etmək mümkün olmayıb. O yolda vəfat edib.
Hadisə yerinə gələn polis əməkdaşları 10 nəfəri saxlayıb. Hazırda cinayətə səbəb olan davanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də