Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polisdən şok əməliyyat: Bu avtobusun sürücüsü narkotik qəbul edib yola çıxırmış

Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər keçirib. Reyd zamanı sərxoş və psixotrop maddələrdən istifadə edən sürücülər aşkarlanıb. Onlar barəsində qanuni tədbirlər görülüb.
RegionTV.info  xəbər  verir  ki, Məlum olub ki, 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlov və 90 SG 510 nömrəli yük maşının sürücüsü Rövşən Oqtay oğlu Eybalıyev psixotrop maddə qəbul edərək sükan arxasına əyləşiblər.
Reyd zamanı Pandemiya qaydalarına riayət etməyən ictimai nəqliyyat sürücüləri barəsində də tədbirlər görülüb.
Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyən, sənədləri qaydasında olmayan, avtomobilə əlavə avadanlıqlar quraşdıran sürücülər barəsində də inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.
Baş Dövlət Yol Polis idarəsi sürücülərə xəbərdarlıq edir ki, sükan arxasında olarkən həm özlərini, həm də ətrafdakıları düşünsünlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də